“Komandamız üçün çətin oyun oldu. Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik"Futbol+ xəbər verir ki, bu sözləri futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki deyib. O, komandasının Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına məğlubiyyətini şərh edib:
"Real şanslarımız oldu, epizodlar yaratdıq, təssüf ki, onları realizə edə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaratdı”.