Sizin reklam burada

Gəncədə futbol akademiyası yaradılacaq

Title

Gəncədə yeni futbol akademiyası yaradılacaq.

Futbol+ xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib:

“O vaxt iş adamlarının maliyyə imkanları var idi, futbola pul buraxırdılar. Sonra problemlər oldu, əllərini çəkdilər. Şərqi Avropa ölkələrində futbol sosial layihədir. Çox az klub mənfəət əldə edir. Ümidlə yaşayırlar ki, nə vaxtsa futbolçu yetişdirib satacaqlar. Onlar əsasən bu işlə məşğul olurlar. Bu ölkələrdə teleyayım və reklam gəlirləri də böyük deyil. İki həftə öncə Tovuzda futbol akademiyası və bazanı tam bərpa etdik. Bu, UEFA, FİFA və AFFA-nın dəstəyi ilə oldu. Bu cür bazanı Gəncədə də açmaq istəyirik. Sabah hansısa sponsor gələndə ona yeni baza tikmək lazım olmayacaq. “Kəpəz”ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi. İnanıram ki, bu halda çempionatımızda rəqabət və rəngarənglik artacaq. Kubok matçlarında da gördük ki, maraqlı mübarizə ola bilər”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.