Azərbaycan premyer-liqasının 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.Futbol+ xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.
Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir premyer-liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.
İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.
Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard, bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.
Siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.
Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar
Nazim Əliyev – 183
Müşfiq Hüseynov – 125
Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115
Alay Bəhramov – 108
Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102
Kənan Kərimov – 101
Musa Qurbanov – 94
Fazil Pərvərov – 89
Samir Musayev – 88
14-15. Fərrux İsmayılov – 85
İmamyar Süleymanov – 85
Samir Əliyev – 84
İsmayıl Məmmədov – 76
İlham Məmmədov – 74
Azər İsayev – 73
Paşa Əliyev – 72
Badri Kvaratsxeliya – 71
Zaur Ramazanov – 70
Yunis Hüseynov – 66
24-25. Mahir Əliyev – 65
Vidadi Rzayev – 65
26-29. Georgi Adamiya – 61
Mahmud Qurbanov – 61
Ramiz Məmmədov – 61
Rauf Əliyev – 61
Rəşad Abdullayev – 58
Vaqif Cavadov – 53
Həsən Abdullayev – 51
Mahir Emreli – 51
34-37. Mehman Baxışov – 50
Viktor İqbekoyi – 50
Vüqar Qəmbərov – 50
Yalçın Bağırov – 50