• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alesionun “sandıqca”sında sürprizlər var

Yığma

27-01-2021, 19:0

Alesionun “sandıqca”sında sürprizlər var

“Çətinlikləri başa düşürük, amma doğma meydanda oynadığımızı da unutmamalıyıq”
Yanvarın 18-dən etibarən hazırlığı Bakı İdman Sarayında davam etdirən futzal millimiz 29-da Slovakiya ilə qarşılaşacaq. Toplanış və qarşıdakı oyunla bağlı komandanın baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına müsahibə verib.
- Hazırlıq prosesi və futzalçıların durumu barədə məlumat verərdiz...
- Məşqlərimizi bu gündən şəhər və axşam olmaqla davam etdiririk. Qarşıda vaxtımız var, amma çox azdı. Uzun müddətdi oyun keçirmirik, bizə aid olan məkanda məşq etmirdik. Buna görə də texniki planda problemlərimiz var. Taktika ilə bağlı çalışmalarımızı çoxdandı davam etdiririk. Bu istiqamətdə ölkə xaricində çıxış edən futzalçılarımızda “axsama” ola bilər. Düzdü, onların əksəriyyəti həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlar keçirirlər. Ancaq fərqli taktika ilə çıxış edirlər. Onlar oyundan 2-3 gün əvvəl gələcəklər və qısa müddətdə taktikamı mənimsəmələri çətin olacaq. Hazırda sərəncamımda olan oyunçuların bu baxımdan problem yaşamayacağını düşünürəm. Yenə deyirəm, burdakı futzalçılarla çoxdandı taktiki çalışmalar reallaşdırırıq. Ümumiləşdirsək, hələ ideal fomada deyilik. Amma fiziki və taktiki planda çalışırıq.
- 11 aydan çoxdu ölkəmizdə idman zallarının fəaliyyəti dayandırılıb. Oyunçuların bu müddətdə parket üzərində məşq etməməsi hiss olunurmu?
- Əlbəttə, hiss olunur. Biz yanvarın 18-nə qədər açıq yerlərdə məşq edirdik. Cəmi 5 gündü zala keçmişik. Bunu bir qədər də erkən etmək istəyirdik, amma zallar bağlı olduğuna görə mümkün olmadı. Milli komandaya verilən bu şansdan maksimum istifadə etməli, fasilə verməməliyik. Onsuz da kifayət qədər dincəlmişik, az məşq etmişik. İndi yaradılan şəraiti xeyrimizə çevirməliyik. Biz bu müddətdə rəsmi və ya qeyri-rəsmi oyun keçirmədik. Son 11 ayda cəmi bir dəfə - “Araz” Çempionlar Liqasının oyununda zala çıxdı. Oyun təcrübəsinin azlığı da problemdi.
- Özünüz də vaxtın az olduğunu dediz. Qalan günlər problemləri böyük ölçüdə həll etməyə çatacaqmı?
- Mümkün deyil. Futzalda hazırlıq üçün 1-2 həftə çox azdı. Bu müddət ərzində ideal forma yığa bilməzsən. Ancaq hər saniyə bizim üçün çox vacibdi. Hər keçdiyimiz məşq müsbət təsir göstərəcək. Yanvarın 27-si və 28-də isə gündəlik məşqlərin sayını ikidən birə endirəcəyik. Bununla həm yükləməni azaldacağıq, həm də “standartlar” üzərində işləyəcəyik.
- Ölkə xaricində çıxış edən futzalçılarla əlaqə saxlayırsızmı?
- Mütəmadi danışırıq. Eduardonun yüngül zədəsi var idi. Artıq məşqlərə başlayıb. Klubu ilə Türkiyədə toplanışdadı və iki oyun keçiriblər. Fiziki baxımdan tam hazır deyil. Tyaqonun da müəyyən çatışmazlığı var. O, son 10 gündə özünə komanda tapdı. Bosniya və Hersoqovina təmsilçisinin heyətində Çempionlar Liqasının oyununa çıxdı və qol da vurdu. Ancaq Kardoso və Rafael yaxşı formadadı. Vassuraya isə Bakıya gələndə baxacağıq. Hazırda Dubaydadı və ordakı klubların birinə keçib.
- Zədəli və başqa problemi olan futzalçı varmı?
- İsa Atayevin yüngül zədəsi var, amma oyuna qədər düzələcək. Əsas problemimiz oyunçuların fiziki baxımdan ideal formada olmamasıdı.
- Slovakiya ilə bağlı hansı məlumatları əldə etmisiz?
- Çox çətin, ağır oyun olacaq. Son 3 ildə bu komanda ilə tez-tez qarşılaşmışıq. Onlar bizi, biz də onları yaxşı tanıyırıq, oyun üslubuna bələdik. Amma hazırkı məqamda Slovakiya üçün müsbət məqamlar var. Belə ki, Slovakiyada ölkə çempionatı davam edir, milli səviyyəsində bir neçə yoldaşlıq oyunları keçiriblər. Komanda şəklində hər gün məşq edirlər.
- Sadaladıqlarınız faktlardı, amma final mərhələsinə yollanmaq baxımından ilk oyunda qələbə qazanmaq vacibdi...
- Əlbəttə, mütləq qələbə qazanmalıyıq. Oyunçularla da fərdi söhbətlər zamanı bizim üçün çox vacib oyun olduğunu, qələbə qazanmağa borclu olduğumuzu deyirəm. Çətinlikləri başa düşürük, amma doğma meydanda oynadığımızı da unutmamalıyıq. Təəssüf ki, Bakıda milli komanda ilk dəfə azarkeşlərsiz oynayacaq. Bunun da səbəbini hamımız başa düşürük. İnsan saglamlığı ön planda dayanır. Çalışmalıyıq ki, nəticəmizlə bizi ekran qarşısında izləyəcək azarkeşləri sevindirək.
- Siz hər zaman taktiki gedişlərlə rəqibə xoş olmayan sürprizlər etmisiz. Bu dəfə də sürpriz tapşırıqlar olacaq?
- İstənilən taktiki tapşırığı reallaşdırmaq üçün məşqlərdə çox çalışmalısan. Üstəlik, legioner həyatı yaşayan oyunçular da gəldikdən sonra onların durumunu yerində görməliyəm. Ona görə də bu dəfə sürpriz mümkün olmayacaq. Çünki vaxtımız azdı. Ancaq “sandıqca”mda sürprizlər var və növbəti oyunlarda istifadə edəcəyik.

Yeri gəlmişkən...
Millinin heyətinə yeni oyunçu dəvət olunub. Qapıçı Cavad Məmmədov ilk dəfə yığmanın düşərgəsinə qovuşub. 20 yaşlı qolkiper “Neftçi” İSM-in üzvüdü.

Oxunub: 360
Paylaş:
Digər xəbərlər

Yığma

27-02-2021, 12:0

Alesionu legionerlərin milliyə qoşulmaması narahat edir

Aktual

9-09-2018, 01:0

Alesio “Araz”ın rəqiblərini yaxından tanıyır

Ölkə futbolu

30-03-2018, 23:0

Yığma Universiadanın hazırlığına başladı

Aktual

21-01-2018, 14:0

Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi

Yığma

20-10-2019, 04:0

“Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”

İdman

22-12-2021, 13:0

"Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə oldu" - Joze Alesio Da Silva

Aktual
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Son xəbərlər
  • Dünən, 23:50
    Təmkin Xəlilzadə futbolu futzala dəyişdi - AÇIQLAMA
  • Dünən, 23:40
    "Səbail"in legionerinin zədəsinə aydınlıq gəldi - AÇIQLAMA
  • Dünən, 23:30
    U-21-in seçmə mərhələ oyunlarının təqvimi açıqlandı
  • Dünən, 23:10
    "Qəbələ"də yubiley
  • Dünən, 22:58
    55 yaşında Portuqaliyaya transfer olundu!
  • Dünən, 22:30
    ''Siti''nin skautları Arda Gülər ilə bağlı hansı qərara gəldi?
  • Dünən, 22:10
    ''Qalatasaray'' Türkiyə futbolunda yeni tarix yazdı
  • Dünən, 21:55
    “Bavariya” ilə ilk oyunu buraxa bilər
  • Dünən, 21:30
    İbrahimoviç sıraya nə vaxt dönəcək?
  • Dünən, 21:10
    MY-də rəqib tanımır
  • Dünən, 20:55
    2023-cü ildə ilk qələbə
  • Dünən, 20:30
    Müdafiəçi 600 xal həddinə çatdı
  • Dünən, 20:10
    Şöhrət Zalının nümayəndəsi dünyasını dəyişdi
  • Dünən, 19:55
    Mbappe "Bavariya"ya qarşı oynamayacaq
  • Dünən, 19:30
    Son çempion yeni mövsümə qələbə, vitse-çempion heç-heçə ilə başladı - REPORTAJ
  • Dünən, 19:21
    "Ayaks"da yeni baş məşqçi
  • Dünən, 18:51
    Amerika Kuboku-2024 ABŞ-da təşkil ediləcək
  • Dünən, 18:23
    “Palmeyras”ın ilk uğuru - REPORTAJ
  • Dünən, 17:59
    “Fənərbaxça” tarixi rekorda imza atdı
  • Dünən, 17:42
    “Fənərbaxça”nın transfer gündəmi
  • Dünən, 17:18
    “Qalatasaray”da transfer yenilikləri
  • Dünən, 16:53
    İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
  • Dünən, 16:31
    U-19 millimiz Antalyaya bu futbolçularla gedir
  • Dünən, 16:05
    Yığmamızın oyunlarının təqvimi
  • Dünən, 15:49
    “Zirə” “Neftçi”yə yaxınlaşmaq fürsətini qaçırdı – TURUN ŞƏRHİ
  • Dünən, 15:32
    Teymur Rəcəbov Ələkbər Məmmədovu ən yaxşı sayır - MÜSAHİBƏ
  • Dünən, 15:18
    Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə
  • Dünən, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Dünən, 14:38
    Polis Öməri saxladı
  • Dünən, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Dünən, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Dünən, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Dünən, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Dünən, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Dünən, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
Daha çox
Oxunub: 2 497
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 973
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 392
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 823
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 693
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 391
Bir yerdə böyüyən məşqçilər niyə mübahisə edib? - AÇIQLAMALAR
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə