Fərid Nəbiyev müqavilə ilə məxsus olduğu “Viktoriya”nın (Jijkov) heyətinə qoşula bilməyib. 21 yaşlı yarımmüdafiəçi Çexiyaya yollanmayıb. O, hazırda ölkəmizdədi. Məlumatı qəzetimizə açıqlamasında Nəbiyevin meneceri Vaqif Heydərli verdi. Futbol agenti oyunçunun vizasında problemin çıxdığını söylədi: “Biz müraciəti çoxdan etmişik. Çexiyada pandemiya ilə əlaqədar problemlər çıxır. İstər Xarici İşlər Nazirliyi, istər Miqrasiya İdarəsi, istərsə də səfirliklər ehtiyatlı davranır. Onlar işçi vizaların verilməsini dayandırıblar. Belə sənədlərin verilmə proseduru bir az ağırdı. Bu səbəbdən də Fərid Nəbiyevin Çexiyaya yollanması gecikir. Biz də gözləyirik ki, Şengen vizası verilsin və futbolçumuz komandasına qoşulsun”.
İLKİN SULTANLI