• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın mətbuat katibi postuna üç namizəd var

Aktual

26-01-2021, 16:0

“Qarabağ”ın mətbuat katibi postuna üç namizəd var

Təyinat bu həftə gerçəkləşəcək
UEFA-nın futboldan ömürlük uzaqlaşdırdığı “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov işindən ayrılıb. Bu barədə məlumatı klub rəsmisi şəxsi “feysbuk” hesabında açıqlayıb. İbrahimov 15 ildən sonra Ağdam təmsilçisindən ayrıldığını qeyd edib: "15 illik “Qarabağ” macəram başa çatdı. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanın bir göz qırpımındakı çəkisinə bənzəyir. Amma hər başlanğıcın sonu qaçılmaz olur və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin uğuntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirolunmazdı".
Daha sonra Nurlan İbrahimovun köməkçisi Yusif Hüseyn də “Qarabağ”dan ayrılmasıyla bağlı “feysbuk”da post paylaşıb: “5 il öncə Nurlan abinin "Qarabağ"da işləmək istəyərsən?" sualı ilə başlamışdı. Onun gedişi ilə də bitdi. Həyatımın son 5 ilini keçirdiyim bir iş yerindən ayrılmağı yazmaq bəlkə də çətindi. Bu müddətdə çox dəyərli insanlar, əbədi dostluqlar qazandım. Ən əsası da Nurlan abi kimi biriylə birlikdə çalışdım. Belə dəyərli kollektivlə işləmək hər adama nəsib olmur. Premyer-liqadan tutmuş, Çempionlar Liqasına qədər çox təcrübə qazandım, bu klubdan çox şey öyrəndim. Hələlik, "Qarabağ"! Kiminsə xətrinə dəymişəmsə, haqqınızı halal edin! Nurlan abidən sonra bir qədər gec ayrılmağıma səbəb isə klubun media işlərinin boş qalmaması idi”.
Hazırda vakant posta bir neçə media mənsubunun adı keçir. Onlardan ən real namizəd kimi göstərilənlər isə üç nəfərdi. Bunlar Emin Abbasov, Gündüz Abbaszadə və Elman Himayətoğludu. Abbasov əvvəllər də “Qarabağ”da çalışıb, uşaq futbol akademiyasında əlaqələndirici olub və burdan öz istəyi ilə ayrılıb. Daha sonra “Şüvəlan”, “Xəzər” və “Sabah”da müxtəlif postlar tutub. “Xəzər” telekanalındakı fəaliyyəti ilə özünü futbolsevərlərə sevdirən Emin bəyin indinin özündə də “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla münasibətləri yaxşıdı.
Gündüz Abbaszadə 5 il mətbuat katibi kimi çalışıb. 2011-16-cı illərdə “Neftçi”də məktəb keçib, bu sahəni əlinin içi kimi bilir. Son ilyarımda əsas fəaliyyəti “CBC Sport”la bağlı olan Abbaszadə “Qarabağ”ın təklifini dəyərləndirsə, buna qətiyyən təəccüblənməməliyik.
Üçüncü namizəd Elman Himayətoğludu. O da Qurban Qurbanovun 1 illik milli dönəmində mətbuat katibi vəzifəsini daşıyıb. 2015-17-ci illərdə “Zirə”nin mətbuat katibi olan Himayətoğlu Qurbanovun yığmadan ayrılmasından az sonra yenidən doğma kluba dönüb. Bu dəfə baş menecer kimi.
Bu informasiyalardan sonra Emin Abbasov “Qarabağ”ın mətbuat katibi kimi çalışmaq istəmədiyini açıqlayıb: “Açığı, ilk növbədə mənəvi baxımdan Nurlanın yerinə getmərəm. Bunu başqalarına aid etmirəm, çünki kimsə gedirsə, yerinə başqası gəlməlidi. Hər halda, "Qarabağ"da mətbuat katibi kimi əhəmiyyətli vəzifə boş qala bilməz".
Dünən isə idman mediasının sərlövhəsində əsas xəbər bu idi: “Gündüz Abbaszadə “Qarabağ”da!” Hər bir media qurumu rəsmi olmasa da, bu keçidin baş tutmasını özəl xəbər kimi qeyd etmişdi. Amma Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl oxu.az saytına açıqlamasında yayılan informasiyanı təkzib edib: “Gündüz Abbaszadənin “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri olması xəbəri doğru deyil. O, bu posta namizədlərdən biridi. Namizədlərimizi klub rəhbərliyi ilə müzakirə etdikdən sonra qərar qəbul edəcəyik. Gündüz də mətbuat katibi ola bilər, çünki real namizədlərdəndi. Emin Abbasovla da görüşmüşük. Ancaq hələ ki təyinatı reallaşmayıb. İnşallah, bu həftə ərzində təyinatı açıqlayacağıq. Çünki bu post boş qala bilməz. Təyinat olmalıdı”.
Göründüyü kimi, futbol ictimaiyyətini düşündürən sualın cavabı hələ yoxdu. Ölkənin ən yaxşı klubu olan “Qarabağ”ın mətbuat katibi postu uzun müddət boş qalmamalıdı. Kim olur-olsun, əsas odu ki, xeyirli və uğurlu olsun. Ən azı Nurlan İbrahimov qədər işini layiqincə görə biləcək şəxs bu posta təyin edilsin.
İLKİN SULTANLI

Oxunub: 510
Paylaş:
Digər xəbərlər

Aktual

19-01-2021, 17:0

Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı - RƏSMİ

Aktual

3-03-2021, 21:0

Nurlan İbrahimov restoran işlədir?

MARAQLI / Manşet / Günün xəbəri

8-10-2021, 16:0

Nurlan İbrahimovun məhkəməsi başa çatdı - Son dəqiqə

Aktual / Manşet

15-01-2021, 12:0

Nurlan İbrahimovun məsələsi üç ay çəkə bilər - AÇIQLAMA

Aktual / Manşet

16-12-2021, 23:0

Nurlan İbrahimovla bağlı qərar gələn il veriləcək - RƏSMİ

Ölkə futbolu

19-04-2019, 13:0

“Qarabağ”ın işçisi klubdan ayrıldı

Aktual
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Son xəbərlər
  • Bu gün, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Bu gün, 14:38
    Polis Öməri saxladı
  • Bu gün, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Bu gün, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Bu gün, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Bu gün, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Bu gün, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Bu gün, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
  • Bu gün, 12:22
    PFL "Qarabağ"la bağlı vacib məlumat yaydı
  • Bu gün, 11:57
    "Zirə" Portuqaliyadan yarımmüdafiəçi transfer edir
  • Bu gün, 11:49
    Emirhan İlkhan yenə klubunu dəyişdi
  • Bu gün, 11:25
    Mateus Saldanya “Neftçi”dəki debütü haqqında nə dedi?
  • Bu gün, 10:32
    Rusiya Futbol İttifaqından gözlənilən addım
  • Bu gün, 10:13
    Avstraliyalı döyüş rusiyalı haqda: "O, böyük mübarizdi"
  • Bu gün, 10:00
    Renat fərqlənsə də ...
  • Dünən, 23:51
    Navas PSJ-dən ayrıldı
  • Dünən, 23:30
    Konte əməliyyat olundu
  • Dünən, 23:15
    Azərbaycan Basketbol Liqasında 16-cı tura start verildi
  • Dünən, 22:58
    Errera La Liqada
  • Dünən, 22:55
    Kanselo debütünə hazırlaşır
  • Dünən, 22:51
    “Qaradağ Lökbatan” yeni baş məşqçisinə qovuşdu
  • Dünən, 22:47
    “Kəpəz” Kamran İbrahimovu icarəyə vermək istəyir
  • Dünən, 22:38
    “Hazırda onun möqeyində çox güclü rəqabət var”
  • Dünən, 22:24
    Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”
  • Dünən, 21:55
    “Araz Naxçıvan”ın rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir
  • Dünən, 21:30
    Okan Buruk rekordlara doymur
  • Dünən, 21:21
    MY: Zabitser gəldi, Tuanzebe ilə Bernard getdi
  • Dünən, 21:13
    Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
  • Dünən, 20:55
    Laurentsiu Regekampf: “Bu, planlarımıza daxil deyildi”
  • Dünən, 20:30
    Rəşad Sadıqov: “Gündə bir qayda dəyişir, bilmirsən, nə fikirləşəsən”
  • Dünən, 20:19
    “Tottenhem”də yeni oyunçu
  • Dünən, 20:15
    Cokoviç bunu bacaran 2-ci tennisçidi
  • Dünən, 19:41
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 19:30
    Cokoviçdən möhtəşəm nəticə: 10-cu final, 10-cu qələbə!
  • Dünən, 19:22
    Pelleqrini ilə Makkenni “Yuventus”a lazım olmadı
Daha çox
Oxunub: 2 494
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 963
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 385
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 769
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 682
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 666
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə