Sizin reklam burada

Mahir Emreli yeni menecerlə əməkdaşlığa başlayıb

Title
Mahir Emreli yeni menecerlə əməkdaşlığa başlayıb

Forvard İtaliya klublarına təklif olunub
Qış “transfer pəncərəsi” dövründə ən çox adı hallanan futbolçu “Qarabağ”ın üzvü Mahir Emrelidi. Premyer-liqada 14 turda 8 dəfə rəqibləri məyus edən forvard Avropa klublarının diqqətini çəkib. Xəbər verdiyimiz kimi, 23 yaşlı hücumçu ilə Polşanın “Zaqlebiye” klubu yaxından maraqlansa da, futbolçu ona təklif olunan aylıq məvaciblə razı olmadığından keçid baş tutmayıb.
Mahirin adının tez-tez transfer xəbərlərində hallanmasının səbəbi bəlli olub. “Qarabağ”ın üzvü yeni menecerlə əməkdaşlığa başlayıb. 23 yaşlı futbolçunun transfer işlərini Endər Osmani adlı agent həyata keçirəcək. “Magnito Pro” şirkətinin direktoru olan “Endo” ləqəbli vasitəçi əsasən Şimali Amerika, Mərkəzi Avropa və Türkiyə klubları ilə əməkdaşlıq edir.
Əldə etdiyimiz məlumata görə, Emreli yayda “Qarabağ”ı tərk edəcək. Futbolçu karyerasını Avropada davam etdirmək niyyətindədi. “Endo” 23 yaşlı forvardı Rusiya, Ukrayna və Macarıstan klublarına təklif edib. Adını sadaladığımız ölkələrin liqalarında ilk “üçlük”də qərarlaşan komandalar azərbaycanlı hücumçu ilə yaxından maraqlanır. Hazırda Mahirin Avropada çıxış etməməsinin əsas səbəbi “Qarabağ”la mövsümün sonuna kimi müqaviləsinin olmasıdı. Osmani transfer məbləği ödənilmədən Mahirin yuxarıda qeyd olunan ölkələrdən birinə keçidini həll etmək niyyətindədi. Mahirin illik 200 min avro maaş tələbi qarşılanarsa, futbolçu böyük ehtimalla yayda legioner həyatı yaşayacaq.
Məlumat üçün qeyd edək ki, menecer Emrelini İtaliyanın “Cenoa” və “Sampdoriya” klublarına da təklif edib. Lakin adı çəkilən komandaların baş məşqçiləri forvardın xidmətində maraqlı olmayıblar. Bu səbəbdən də onun A seriyasına keçidi baş tutmayıb.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.