Sizin reklam burada

Bakı mərhələsi İstanbula verildi

Title
Bakı mərhələsi İstanbula verildi

Koronavirus pandemiyası üzündən Karate1 Premyer Liqasının təqvimində dəyişikliklər baş verib. Bakıda təşkili planlaşdırılan, amma məlum səbəbdən baş tutmayacaq 1-ci mərhələyə İstanbul evsahibliyi edəcək. Mövsümün ilk yarışı martın 12-14-də reallaşacaq. Ölkəmizdə keçirilməsi nəzərdə tutulan hakimlərin beynəlxalq seminarı da yarışla paralel olaraq İstanbulda baş tutacaq. Aprelin 30-dan mayın 2-dək keçirilməli olan Lissabon mərhələsiə, ümumiyyətlə, ləğv edilib. Karateçilərin növbəti sınağı aprelin 9-11-də Mərakeşin paytaxtı Rabatda olacaq. Daşkənd sentyabrın 3-5-də, Moskva isə oktyabrın 1-3-də analoji yarışa evsahibliyi edəcək.
Qeyd edək ki, karate Tokio Olimpiadasında debüt edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.