Sizin reklam burada

"Atletiko"nun prezidenti: "Hər şey bizim üçün yaxşı gedir"

Title

“Atletiko”nun prezidenti Enrike Sereso komandasının “Valensiya”ya 3:1 hesabı ilə qalib gəldiyi matçı şərh edib.

“Futbol+” xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri mövsüm ərzindəki çıxışlarını dəyərləndirib:

“Çempionluq ya qazanıla, ya da itirə bilər. İndi mövsümün ortasıdır, qarşımızda uzun bir yol var. Öndəyik, amma hələ irəlidə çox matç var. Mövsümün bitməsinə üç qarşılaşma qalanda sizə deyəcəyəm ki, biz çempionuq. Güclü bir komandamız var və bu, növbəti matçlardan əvvəl oyunçulara inam aşılayır. Hər şey bizim üçün yaxşı gedir, futbolçular onlardan nəyin tələb olunduğunu bilir. Qol vururuq və qalib gəlirik”.

Klub prezidenti Luis Suarezin çıxışını da şərh edib:

“Onun Avropanın ən yaxşı forvardı olduğunu bilirdik. İndi Suarezin yanımızda olmasına görə hamımız xoşbəxtik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.