Sizin reklam burada

40 yaşlı futbolçu Azərbaycan premyer-liqasında

Title
40 yaşlı futbolçu Azərbaycan premyer-liqasında

Sergey Rıjikov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

“Futbol+” xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatına açıqlamasında qolkiperin meneceri Aleksey Safanov verib.

40 yaşlı qapıçının agaenti başqa ölkələrdən də təklif aldıqlarını bildirib:

"Seçimlər arasında Qazaxıstan və Azərbaycan çempionatları var. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ekzotik ölkələrdən də təkliflər almışıq. Ancaq indi ora getmək bir az çətindi”.

Qeyd edək ki, Sergey Rıjikovun sonuncu klubu “Tambov” olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.