Sizin reklam burada

“Qaradağ Lökbatan”ın simicliyi oyunun “başında çatladı”

Title

Ötən sayımızda Zaur Hidayətovun rəhbərlik etdiyi “Sumqayıt-2“nin təlim-məşq toplanışı çərçivəsində çərşənbə axşamı “Qaradağ Lökbatan”la üz-üzə gələcəyini xəbər vermişdik.

“Kapital Bank Arena”da, saat 14.30-da baş tutmalı olan oyun qonaqların səhlənkarlığı səbəbindən keçirilməyib. İki komanda arasında əvvəlcədən əldə olunan razılığa əsasən hakimləri Lökbatan təmsilçisi dəvət etməliymiş. Bunun üçün də AFFA-ya müraciət olunmalıydı.

Müəyyən qonorar qarşılığında Hakimlər Departamenti peşəkar hakimlərdən ibarət briqadanı Sumqayıta göndərəcəkdi. Ancaq Nazim Əliyevin çalışdırdığı komandanın başbilənləri daha az xərc çıxsın deyə, karyerasını davam etdirən ədalət təmsilçilərinə yox, fitini dolaba qoyan referilərə müraiət etməyi lazım bilib ki, bu da sumqayıtlıları razı salmayıb. Və bu üzdən yoxlama matçı baş tutmayıb.

RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.