Sizin reklam burada

Kubokda 1/4 finalçılar bəlli oldu

Title

Dünən ölkə kubokunun oyunlarına start verilib.

Bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək. Bu mərhələni premyer-liqa ilə 1-ci divizionun dueli adlandırmaq daha doğru olar. Çünki bütün cütlərdə əsas çempionatla ikinci liqada çıxış edən klublar üz-üzə gələcək.

Mərhələnin açılış matçında “Səbail” doğma meydanda 1-cü divizionda 4-cü pillədə qərarlaşan “Zaqatala”nı qəbul edib. Bu, bazar günü keçiriləcək yeganə duel olub. Favorit Aftandil Hacıyevin komandası olsa da, bölgə təmsilçisi “asan yem” olmadığını sübut etməyə çalışıb.

15:00. “Səbail” – “Zaqatala” - 3:2
Qollar: Amil Yunanov, 26 (1:0), Roini İsmayılov, 31 (1:1), 40 (1:2), Adil Nağıyev, 62 (2:2), Əfran İsmayılov, 84
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“ASCO Arena”

Qalan üç matç isə bu gün keçiriləcək. Günün ilk görüşü Tovuzda baş tutacaq. “Qəbələ” yerli komandanın qonağı olacaq. Bölgə təmsilçilərinin qarşıdurması mərhələnin ən maraqla gözlənilən matçıdı desək, yanılmarıq. 2020-ci ildə rəsmi görüşlərdə uduzmayan İlham Yadullayevin komandasının premyer-liqa təmsilçisinə qarşı necə oyun nümayiş etdirəcəyi maraq doğurur.

Günün ikinci matçı Mərdəkanda baş tutacaq. “Qaradağ Lokbatan” “Zirə”ni qəbul edəcək. “Qartallar”ın 1-ci divizionun autsayderini rahat məğlub edəcəyi heç kimdə şübhə doğurmur.

1/8 finalın son matçı da Bakıda keçiriləcək. “Sabah” “Kəpəz”i qəbul edəcək. Premyer-liqada uğursuz çıxış edən “göy-ağlar” divizion klubunu məğlub edərək kubokda uğur qazanmağı planlaşdırır. “Kəpəz” də “Sabah”ı məğlub edərək premyer-liqada iştirak etməyə layiq olduğunu göstərmək niyyətindədi.
Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Zirə” qarşılaşması PFL-in “yutub” kanalında, digər oyunlar isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.

Azərbaycan kuboku
1/8 final

25 yanvar
Turan Tovuz – Qəbələ 0:2
Qollar: S.Vukçeviç, 32. C.Adeniyi, 45+2.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz. Şəhər stadionu. Saat 14.00

“Turan Tovuz”: 77. Mehman Hacıyev, 4. Səbayıl Bağırov, 10. Akif Tağıyev (k), 8. Aqşin Muxtaroğlu, 16. Fuad Bayramov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 3. İzzət Müştaqov, 9. Vidadi Cəfərov, 11. Nurlan Şabanov, 19. Xəyyam Hüseynov
Ehtiyat oyunçular: 1. Əmrah Zülfiqarlı, 20. Elmir Tağıyev, 18. Elmin Bayramov, 2. Firuz Əhmədov, 22. Elşad Tağıyev, 14. Ramin Süleymanov, 7. Elçin Qasımov, 17. Rəşad Əliyev
Baş məşqçi: İlham Yadullayev

“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi,
77. Merab Qiqauri, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev

Sabah – Kəpəz
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. Bank Respublika Arena. Saat 17.00

Qaradağ Lökbatan – Zirə
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı. Dalğa Arena. Saat 16.00
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.