Sizin reklam burada

Milliyə yeni baş məşqçi təyin olundu

Title

Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçisi məlum olub.

"Futbol+" xəbər verir ki, milliyə Belarusdan olan mütəxəssis Olqa Barkalava baş məşqçi təyin olundu.

Belə ki, O.Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə təyinatından sonra verdiyi müsahibəsində Olqa Barkalava öz təəssüratlarını bölüşüb:
“Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.