Sizin reklam burada

"Yuventus" qalib gəldi, futbolçusunu itirdi

Title
"Yuventus" qalib gəldi, futbolçusunu itirdi

“Yuventus”un hücumçusu Federiko Kyeza sıradan çıxıb.

"Futbol+" xəbər verir ki, 23 yaşlı futbolçu “Yuventus”un İtaliya superkubokunda “Napoli”ni məğlub etdiyi oyunda (2:0) zədələnib.

Kyeza tibbi müayinədən keçəcək. Məlumata görə, futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Kyeza bu mövsüm “Yuventus”la 23 oyunda 6 qol vurub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.