Sizin reklam burada

Azərbaycan Premyer Liqasının reytinqi açıqlandı

Title

Dünyanın ən yaxşı futbol liqalarının 2020-ci il üzrə reytinq cədvəli açıqlanıb.

"Futbol+" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 ölkə çempionatı yer alıb. Azərbaycan Premyer Liqası isə reytinq cədvəlində 174 xalla 74-cü sırada yer alıb.

2020-ci ilin ən reytinqli liqası isə 1026 xalla İtaliya A Seriyası olub. İkinci sırada 1003 xalla İngiltərə Premyer Liqası, üçüncüdə isə 964 xalla Braziliya A Seriyası qərarlaşıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.