Azərbaycanlı olimpiya çempionuna ağır ittiham

2016-cı ildə keçirilən Olimpiya Oyunlarının qalibi, Qazaxıstanın adından çıxış edən həmyerlimiz Nicat Rəhimov ağır cəza ilə üzləşib. Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə yarışlardan kənarlaşdırılıb. “Futbol+” AP-yə istinadla xəbər verir ki, Nicat 2016-da analizinin nəticəsini dəyişməkdə suçlanır.
Xatırladaq ki, Nicat həm 2015-ci ildə keçirilən dünya çempionatında, həm də Rio Olimpiadasında 77 kq çəki dərəcəsində qalib gəlib. Ötən ilin avqustunda 27 yaşını tamamlayan həmyerlimiz 2013-də antidopinq qaydalarına əməl etmədiyinə görə ikiilliyə cəzalandırılmışdı.