Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcü “Telstar” klubuna keçidindən danışıb."Futbol+" xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan yeni komandasına keçidinin ona kömək olacağını bildirib:
“Yenidən Niderlanda qayıtdığım üçün sevinirəm. “Telstar” əla futbol oynayır. Keyfiyyətli komandaya gəlmişəm. Əvvəllər də Niderlandda oynadığım üçün bu komandanı yaxşı tanıyıram. Burda yaxşı 6 ay keçirəcəm. Düşünürəm ki, burda oynamaq mənə müsbət təsir edəcək. Burda çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edəcək”.
“Sabah” klubu Ozan Can Kökcünu “Telstar”a mövsümün sonunadək icarəyə verib.