Sizin reklam burada

"Energetik"in döyüşçü futbolçuları Şəhidlər Xiyabanını ziyarət etdilər

Title

Region Liqasının təmsilçisi “Energetik” 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib.

“Futbol+” xəbər verir ki, Mingəçevir təmsilçisinin prezidenti Ruslan Həmidov, futbolçular və “Zona 45” azarkeş qrupu şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Komanda üzvləri şəhidlərimizin ruhlarını ehtiramla yad edərək, abidə önünə əkil qoyublar.

Məlumat üçün qeyd edək ki, “Energetik”in Vətən müharibəsində iştirak edən döyüşçü futbolçuları da evlərinə geri dönüblər. Qarabağ uğrunda döyüşlərdə ordumuzun sıralarında olan Namiq İbrahimli, Əlizadə Elvin, Tural Məmmədzadə komanda ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.


Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.