"İnter"in futbolçusu Avropa nəhənglərinin hədəfində

“İnter”in futbolçusu Nikola Barella komandasını dəyişə bilər.
“Futbol+” xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Real”, “Barselona” və “Bavariya” yaxından maraqlanır.
“La Gazzetta dello Sport”un məlumatına görə, Kataloniya klubu Milan təmsilçisi ilə 2021-ci ilin yayında futbolçunun keçidi üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, Barella “İnter”in heyətində bu mövsüm 18 qarşılaşmada 2 qol vura bilib. Komandası ilə 2024-cü ilə qədər müqaviləsi olan yarımmüdafiəçisi dəyəri 55 milyon avrodu.