Sizin reklam burada

Anası Mirançuk qardaşlarının sirrini açdı

Title

Aleksey və Anton Mirançukun anası Elena Rusiya mətbuatına maraqlı müsahibə verib.

“Futbol+” xəbər verir ki, futbolçuların valideyni “Avtoradio”nun “Analar hər şeyi bilir” verilişində qonaq olub.

Həmin müsahibənin bir hissəsini diqqətinizə çatdırırıq:

- Necə oldu ki, oğlunuza Aleksey adını verdiniz?
- 90-cı illərdə müğənni Aleksey Qlizin çox populyar idi. Hər kəs onun "Qış bağı", "Sorrentoda sonuncu axşam" mahnılarına dəli olurdu. Oğlum dünyaya gələndə heç bir şübhəm yox idi ki, adını Aleksey qoyacam.

- Yəni Qlizini o qədər çox sevirdin ki, oğluna onun adını verdin?
- Mahnıları çox xoşuma gəlirdi. Buna görə belə etdim. İkinci oğluma da Qlizinin nənəsi Antoninanın adını qoydum.

Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.