"Azarkeşlərin gözləntilərini doğrultmaq istəyirəm"

“Səbail” Luka İmnadze ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
“Futbol+” xəbər verir ki, gürcüstanlı futbolçu klubun rəsmi saytına açıqlamasında keçidini şərh edib:
“Çox ambisiyalı məqsədlərim var. Komanda ilə birlikdə azarkeşlərin gözləntilərini doğrultmaq istəyirəm. “Səbail” ilə ən yüksək nəticələri əldə etmək üçün əlimdən gələni edəcəm”.