Sizin reklam burada

"Roma" yenə texniki məğlubiyyət alacaq?

Title


İtaliyanın “Roma” klubu texniki məğlubiyyət alacaq.

“Futbol+” xəbər verir ki, buna səbəb “canavarlar”ın İtaliya kuboku çərçivəsində keçirilən “Speziya” ilə oyunda əsasnaməni pozmasıdır. Belə ki, komanda oyun ərzində 6 futbolçu dəyişikliyi edib, lakin qaydalara görə, 5 futbolçu dəyişdirilməsinə icazə var. Oyun “Roma”nın 2:4 məğlubiyyəti ilə başa çatıb.

Komanda cari mövsümdə artıq 1 dəfə belə cəza ilə üzləşib. A seriyasının 1-ci turunun “Verona” ilə oyununda əsas komandada sifariş olunmayan Amadu Diavara meydana çıxdığı üçün paytaxt təmsilçisinə məğlubiyyət verilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.