Sizin reklam burada

"Klubdan təzminat almadan ayrıldım" - "Sumqayıt"ın sabiq futbolçusu

Title

“Sumqayıt”ın sabiq futbolçusu Kərəm Sultanov ölkəsinin mətbuatına açıqlama verib.

"Futbol+" xəbər verir ki, Qazaxıstanın “sports.kz” saytının suallarını cavablandıran Sultanov “Sumqayıt”dan ayrılması barədə danışıb:

“Sumqayıtla” qarşılıqlı anlaşıb, ayrıldım. Yeni ildən sonra Qazaxıstana qayıtmağım problemli olacaqdı. Klub mənə müqaviləni ləğv etməyi təklif etdi. Klubdan təzminat almadan ayrıldım. Heç kimin borcu qalmadı. Düzdür, sürətli kilo alıram, amma Azərbaycana gələn kimi normal məşqlərə başladım və çəki atdım”.

Sultanov Azərbaycana gəmi ilə gəldiyini də xatırlayıb:

“İki gün Aktaudan gəmi ilə yol gəldim. Mənə dedilər ki, bütün problemləri özün həll et. Çalışdım, alınmadı. Klub da hansısa açıqlama vermədi. Buna görə də, ayrılmalı oldum.

Azərbaycanda özümü legioner kimi hiss etmirdim. Premyer Liqanın səviyyəsi bizimkindən fərqli deyil, hətta Qazaxıstanda daha yaxşıdır. Dil bənzərliyi var. Danışmaq bir az çətin olsa da, başa düşürdüm. Komanda rusca danışa bilmirdi”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.