Sizin reklam burada

“Zirə”nin müdafiəçisinin Portuqaliyaya səfəri ertələnib

Title

“Benfika”nın “Zirə”nin futbolçusu Cəlal Hüseynovu baxışa dəvət etdiyini bilirsiz.

Lakin onun Lissabona yollanmasında problem yaranıb. Fransa səfirliyi 18 yaşlı müdafiəçiyə viza vermir. Bu məsələdə yeniliyin olub-olmadığını öyrənmək üçün “qartallar”ın mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:

“Hələ ki yenilik yoxdu. Viza probleminin həll olunması üçün çalışırıq. Yeni nəsə olsa, ictimaiyyətə məlumat verəcəyik”.

Məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Cəlal Hüseynovun Portuqaliyaya səfəri ertələnib. 18 yaşlı istedadlı futbolçunun baxışdan keçmək məqsədilə “Benfika“nın düşərgəsinə yollanması koronavirus pandemiyasından asılıdı. Maraq üçün qeyd edək ki, müdafiəçinin “Benfika“da baxışdan keçməsi üçün vaxt müəyyənləşdirilmişdi. “Zirə” rəhbərliyi də futboçuya viza alınması üçün Fransa səfirliyinə müraciət etmişdi. Sadəcə, vaxt azlığı və pandemiya ilə bağlı mövcud durum sənədin verilməsini gecikdirdi. Buna görə də ilkin təyin olunan vaxtda futbolçunun Portuqaliyaya səfəri alınmadı. Bəs indi necə olacaq? Cəlal “Benfika”nın düşərgəsinə yollanmayacaq?

“Zirə” rəhbərliyi müdafiəçinin Lissabona yollanması üçün əlindən gələni edir. “Qartallar” hazırda “Benfika” ilə baxış müddəti üçün növbəti tarixləri müəyyənləşdirməyə çalışır. Amma bu, təkcə “Zirə”dən və Lissabon klubundan asılı deyil. Hazırda Portuqaliyada yoluxma sayı artan qrafik üzrə davam edir və karantin rejiminin sərtləşdirilməsi, müəyyən qapanmaların olması gözlənilir. Yalnız bu problemlər həll olunandan sonra Hüseynovun taleyinə aydınlıq gələcək. Bundan sonra “Zirə” ilə “Benfika” arasında müdafiəçinin baxışa yollanması üçün növbəti tarix müəyyənləşdiriləcək. Həmin müddətə kimi də paytaxt təmsilçisinin nümayəndələri futbolçunun viza problemini həll edəcək.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.