
Premyer-liqa
330
19.01.2021, 23:00
"Sumqayıt" rəsmiləri döyüşçü fanatla görüşdü - FOTO
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev, idman direktoru Zamiq Hüseynov və baş məşqçisi Ayxan Abbasov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş “Kimyaçı” fan-klubunun üzvü, sadiq azarkeşi Mehman Rzayevlə görüşüb.
"Futbol+" xəbər verir ki, İkinci Qarabağ Müharibəsi iştirakçısına xatirə hədiyyəsi təqdim olunub.
Kapitan Vurğun Hüseynov isə fanata komandanın qırmızı rəngli formasını təqdim edib.