Sizin reklam burada

Berluskoni xəstəxanalıq oldu

Title

İtaliyanın keçmiş baş naziri və “Milan”ın sabiq prezidenti Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

"Futbol+" xəbər verir ki, buna 84 yaşlı funksionerin ürəyindəki problem səbəb olub.

Berluskoni bir neçə gün əvvəl Monakoda xəstəxanaya yerləşdirilib. Sabiq nazirin həkimi Alberto Zanqrilo xəstənin İtaliyaya aparılmasının təhlükəli olduğunu və bu səbəbdən Monakoda ən yaxın xəstəxanada müalicə aldığını bildirib.

Xatırladaq ki, 1986-2017-ci illərda “Milan”a rəhbərlik edən Berluskoni 2017-ci ildə klubu çinli iş adamlarına satıb. O, hazırda İtaliyanın B seriyasında çıxış edən “Montsa”nın sahibidi. Don Silvionun 2008-11-ci illərdə İtaliyanın baş naziri olduğunu da yada salaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.