"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov vəzifəsindən ayrılıb."Futbol+" xəbər verir ki, bu barədə o, şəxsi feysbuk səhifəsində status yazıb.
Ağdam təmsilçisinin sabiq rəsmisi 15 illik iş müddətinin başa çatdığını bildirib.
Qeyd edək ki, UEFA Bərdə hadisələri zamanı feysbukda yazdığı statusa görə Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırmışdı.