“Turan Tovuz”un nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunan Futbol Akademiyasının açılması klub adına xoş gələcəkdən xəbər verir. Belə şərait yaradılandan sonra komandanın yenidən 1-ci divizionda çıxış etməsi ağlabatan deyil.

Redaksiyamıza daxil olan məlumata görə, AFFA rəsmiləri ilə Tovuz şəhər İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov arasında klubun premyer-liqada çıxışı ətrafında söhbət olub. Tərəflər maliyyə məsələlərini və klubun idarəçilik strukturunu müzakirə ediblər. Koronavirus pandemiyası daha geniş vüsət almasa, “Turan Tovuz” 2021/22 mövsümündə Azərbaycan premyer-liqasında çıxış edəcək. Bu niyyət AFFA rəhbərliyinə çatdırılıb.

İndi AFFA-nı düşündürən əsas məsələ tovuzlularla birgə premyer-liqaya hansı klubun yüksəlməsidi. Federasiya “Kəpəz”in ölkənin əsas liqasında iştirak etməsini istəyir. Lakin qurum burda problemlə üzləşib. Hər kəsə bəllidi ki, Gəncə şəhər stadionunun vəziyyəti o qədər də ürəkaçan deyil. Arenanın ot örtüyü, köməkçi meydanları və infrastrukturu istənilən səviyyədə deyil. Şəhərin mərkəzi stadionu bu vəziyyətdə olunca “Kəpəz”in premyer-liqada çıxış etməsi mümkünsüzdü. AFFA arenanın təmirini öz üzərinə götürmək istəsə də, bu alınmayıb. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri müxtəlif maneələr törədərək bu işə qarşı çıxırlar. Onlar “Kəpəz”in AFFA-dan asılı olmasını istəməyərək, müstəqil fəaliyyət göstərməsinin tərəfdadılar. Bu səbəbdən də federasiyanın stadionda təmir işləri aparmasına əngəl törədirlər.

İcra Hakimiyyəti ilə AFFA arasında yaşanan bu problem federasiyanın başqa yola əl atmasına səbəb olub. Redaksiyamıza daxil olan məlumata görə, qurum uzun illərdi premyer-liqada 8 komandanın çıxış etməsinin narazılığa səbəb olduğunu anlayır. AFFA ictimai fikri nəzərə alaraq, çempionatda klubların sayını 10-a qaldırmaq istəyir. Bu səbəbdən də federasiya ölkənin əsas çempionatına daha bir region komandası gətirmək niyyətindədi. Gəncə şəhər İcra Hakimiyyəti ilə razılaşa bilməyən AFFA “Zaqatala” variantını həyata keçirməyi planlaşdırır.
Assosiasiya rəsmiləri bölgə təmsilçisinin premyer-liqada iştirakı yolunda heç bir problem görmür. Klubun infrastrukturu buna imkan verir. Bu səbəbdən də Musa Qurbanova ikinci dövrədə lisenziya problemlərinin aradan qaldırılması tapşırığı verilib. Zaqatalada stadionun ideala yaxın vəziyyətdə olması, komandanın 1-ci divizionda 4-cü pillədə qərarlaşması bu ehtimalın daha da artmasına səbəb olub.

Beləliklə, 2021/22 mövsümündə elitada iştirak edəcək komandaların sayı artırılarsa, yenilər “Turan Tovuz” və “Zaqatala” olacaq. Gəncə şəhər stadionunun vəziyyəti və İcra Hakimiyyətinin problem yaratması “Kəpəz”in şanslarının üzərindən xətt çəkib. İndi qalır hər iki klubu maliyyələşdirəcək sponsorun tapılması. Əldə etdiyimiz məlumata görə, Rövnəq Abdullayev SOCAR-a yaxın şirkətlərin bu işdə onlara kömək etməsini istəyəcək. Bundan sonra AFFA ötən il “Qəbələ” və “Zirə”yə ayırdığı maliyyə vəsaitindən “Turan Tovuz”la “Zaqatala” üçün də nəzərdə tutacaq. İlkin olaraq qurum tərəfindən hər kluba 1,5 milyon manat ayrılması planlaşdırılır.

2021/22 mövsümü başlayandan sonra isə ölkə rəhbərliyinə Gəncədəki stadionun bərpası ilə bağlı müraciət olunacaq. Məhz bundan sonra “Kəpəz”in premyer-liqaya gətirilməsi müzakirə mövzusu olacaq. Bu məsələ həll olunsa, elitada komanda sayı yenidən artırılacaq. 2022/23 mövsümündə isə “Araz Naxçıvan”la “Kəpəz” ölkənin əsas çempionatına gətiriləcək. Bir sözlə, koronavirus pandemiyası mane olmasa, iki ildən sonra Azərbaycan premyer-liqasında 12 komanda iştirak edəcək.

Necə deyərlər, istəməyən kor olsun. Əsas odu ki, maraqlı və gərgin mübarizəyə səhnə olan çempionat izləyək. Uzun müddət 8 komandalı turniri izləməyə səbrimiz çatıbsa, 2 il nədi ki?!

İLKİN SULTANLI


Son xəbərlər

Liberiya millisinin üzvü Azərbaycan klubunun düşərgəsində

Gəncəli deputat: "Komandamız "Turan Tovuz"u məğlub edəcək potensialdadı"

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

DÇ-2022-də 1/4 final həyacanı - YENİLƏNİR

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

Şəhriyar Əliyev: “Ayxan Abbasov nə desə, o da olacaq”

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Gəncədə qərb, Bakıda paytaxt derbisi - YENİLƏNİR

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Yüksək Liqada ilə yekun vuruldu

Braziliya millisi üçün xoş xəbər

Raysın durumuna aydınlıq gəldi

“Zirə”dən minimal hesablı qələbə - VİDEO

Laurentsiu Regekampf: “Komandamı dəyişməyi düşünmürəm”

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Endrikin yeni klubu bəlli oldu

“Zirə”nin hücumçusu zədələndi

“Neftçi”də ciddi itki

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Azərbaycanlı şahmatçı İspaniyada çempion oldu

Lənkəran təmsilçisi matça gəlmədi

“Türkiyədə açıqlamaq istəmədiyim səbəblərə görə şans qazanmadım”

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

“Qətərdə hələ ki, heç bir neqativ durum yaşanmayıb”

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

FFF-nin şikayəti əsassız sayıldı

DİN azarkeşlərin saxlanılmasına reaksiya verdi: “Onlar ictimai qaydaları pozub”

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Bütün xəbərlər