Sizin reklam burada

Gerye “Qarabağ”ın düşərgəsinə qoşuldu

Title

Premyer-liqanın ikinci hissəsinə hazırlığı davam etdirən “Qarabağ” futbolçuları ilə bağlı problemlə üzləşmişdi. Ağdamlıların iki legioneri ölkəmizə qayıtmaqda çətinlik çəkirdi. Vild-Donald Gerye və Xayme Romero komandadan ayrı qalmışdı.

Həm haitili, həm də ispaniyalı əslində yanvarın 10-da “Qarabağ”ın düşərgəsində olmalıydı. Lakin onların istəkləri baş tutmamışdı. Romero Madriddə hava şəraitinin pisləşməsi üzündən ölkəsində qalmışdı. Burda bütün uçuşlar təxirə salınmışdı. Gerye isə Haitidən ABŞ-a gələndən sonra çətinlik yaşayıb. Okeanın o tayında müdafiəçinin koronavirus testinin nəticəsi keçərli sayılmayıb. Geryenin COVID-19 testi ABŞ standartlarına uyğun olmayıb. Bu səbəbdən də futbolçudan yenidən analiz götürülüb. Testin nəticəsinin bilinməsi 48 saat vaxt aldığından müdafiəçi komandasının düşərgəsinə gec qoşulmalı olub.

Son durumu öyrənmək üçün ağdamlıların mətbuat xidmətinin əməkdaşı Yusif Hüseynlə əlaqə saxladıq:

“Xayme Romero ilə bağlı heç bir problem yoxdu. İspaniyalı futbolçu artıq üç gündü düşərgədədi. Hətta komanda ilə birgə məşqlərə də çıxıb. Vild-Donald Geryenin də məsələsi həll olunmaq üzrədi. Haitili futbolçu bu gün (dünən) axşam saatlarında ölkəmizdə olacaq. Bununla da komandadan ayrı qalan futbolçumuz olmayacaq. “Sabah”la matçın hazırlığına tam heyətlə davam edəcəyik”.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.