AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Vətən müharibəsində çıxış edən daha bir assosasiya nümayəndəsi ilə görüşüb.
"Futbol+" xəbər verir ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Qarabağ uğrunda döyüşlərin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.
Qurun rəsmisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.