"Qarabağ"ın dünyanın ən yaxşıları arasında yeri bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində planetin ən yaxşı klublarının adlarını açıqlayıb.
“Futbol+” xəbər verir ki, siyahıda 401 komanda yer alıb.
Ölkəmizi cədvəldə təmsil edən yeganə klub “Qarabağ”dı.
Son illərin dəyişməz Azərbaycan çempionu olan Ağdam təmsilçisi dünyanın 147-ci komandasıdır. Hesabında 80 xal olan Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”du (Braziliya).
Siyahıya 260 xalla “Bavariya” başçılıq edir. “Palmeyras”(Braziliya) 230 xalla 2-ci, PSJ isə (Fransa) 226 xalla 3-cüdü.