FIFA 2020-ci ildə Azərbaycan klublarının transfer hesabatını açıqladı

2020-ci ildə Azərbaycan klublarının heyətlərinə cəlb etdiyi və vidalaşdığı futbolçuların sayı bəlli olub.
"Futbol+" xəbər verir ki, bu haqda FIFA-nın transferlərlə bağlı hesabatında məlumat göstərilib.
Azərbaycan klubları 2020-ci ildə 61 futbolçu ilə müqavilə imzalayıb, 51-i ilə yollarını ayırıb. Ölkədəki 10 klub futbolçu almaqda, 3-ü isə oyunçuların satışında iştirak edib. Ancaq hesabatda ümumi xərc və ümumi qazanc açıqlanmayıb.