Məsut Özilin “Fənərbağça”ya keçidi Türkiyədə olduğu qədər Azərbaycanda da maraqla qarşılanıb. “Futbol+” xəbər verir ki, ölkəmizdə xeyli sayda “sarı-lacivərtli” azarkeş var. Bu səbəbdən almaniyalı yarımmüdafiəçinin İstanbul nəhənginə keçidi böyük ajiotaja səbəb olub. Sosial şəbəkələrdə demək olar ki, fanatlar bu transfer haqda paylaşımlar edərək öz sevinclərini bölüşürlər.
“Fənərbağça”nın xanım azarkeşi Sevinc Adilova maraqlı addımla diqqət çəkib. O, Məsut Özilin paylaşdığı “Fənərbağça”ya aid “Gəl, gündüzlə gecə olaq” tvitini foto kimi çap etdirərək çərçivələtdirib. Xanım azarkeş
“Futbol+”ə açıqlamasında etdiyi hərəkəti belə izah edib:
“Bu günə qədər Məsutun “Fənərbağça”ya transfer olacağı ilə bağlı xəbər hazırlayan bütün saytları izləməklə işlərimi doğru dürüst görə bilmirdim. Onun gəldiyi təyyarəni dayanmadan olaraq 2 saat izləmişəm. Çox sevincliyəm. Bu günü nə vaxtsa unutmaq istəmirəm . Buna görə də qərara gəldim ki, onun bu tvitini ölümsüzləşdirim. Bu paylaşımı görəndə sevincdən dəqiqələrlə ağladığımı xatırlayıram . Nəhayət ki, Məsut Özil “Fənərbağça”dadı. Əminəm ki, gözəl günlər görəcəyik”.