Sizin reklam burada

Yeni transfer "Sumqayıt"a keçidinin səbəbini açıqladı

Title

"Sumqayıt"ın yeni transferi Höccət Haqverdi öz ölkəsinin mətbuatına müsahibə verib.

“Futbol+” xəbər verir ki, seçiminə Azərbaycanla İran arasındakı məsafənin yaxınlığı təsir edib:

"Hələ "Peykan"da olarkən "Sumqayıt"ın direktoru və baş məşqçisi mənimlə əlaqə saxlayaraq komandaya dəvət etmişdilər. Bu üzdən ilk seçimim Azərbaycan klubu oldu. Düzdür, "Persepolis"dən də təklif almışdım. Amma bütün şərtləri nəzərə aldıqdan sonra qərarımı verdim. Mən və ailə üzvlərim Azərbaycana rahatlıqla səyahət edə biləcəyik. "Sumqayıt"la yarım mövsümlük müqavilə imzalamışam. Mayda anlaşmanın şərtlərinə yenidən baxacağıq"

28 yaşlı müdafiəçi iranlı futbolçuların Azərbaycan çempionatına axınının səbəbindən də danışıb:

"Peyman Babayi, Mehdi Şərifi və digərlərinin Premyer Liqadakı çıxışı məni "Sumqayıt"ın təklifinə ciddi yanaşmağa vadar etdi. "Peykan"da komanda yoldaşım olmuş Mehdinin də bu komandaya transferi həlledici oldu. Əli Qurbani də burda oynayır. Hazırda "Sumqayıt"da 3 iranlı futbolçunun olması hamımız üçün çox yaxşıdır. Bu, ilk beynəlxalq təcrübəmdə mənə kömək edəcək. Bütün iranlılar kimi mən də Şərqi Avropa ölkəsinin çempionatı barədə heç nə bilmirdim. Amma burdakı idman obyektlərini, oyun üslubunu, klubların şəraitini görəndən sonra təəccübləndim. İranla müqayisədə yüksək səviyyədə avadanlıqlara sahibdirlər. Komandamızın xüsusi düşərgəsi və üç məşq meydançası var. Futbolçuların bu amillərin nə dərəcədə önəmli olduğunu yaxşı bilir. İranda əkin sahəsinə bənzəyən ərazidə məşq edirdik. Burada isə vəziyyət tam fərqlidir. Daha yaxşı komandaya keçmək üçün "Sumqayıt"dan tramplin kimi istifədə edə bilərəm".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.