Bundesliqanın 16-cı turunda "Bavariya" "Frayburq"u 2:1 hesabı ilə məğlub edib."Futbol+" xəbər verir ki, Münhen təmsilçisinin üzvü Robert Levandovski qarşılaşmada ilk qolun müəllifi olub. Bununla da polşalı forvard çempionatdakı toplarının sayını 21-ə çatdırıb. 32 yaşlı hücumçu bu nəticə ilə rekorda imza atıb.
O, Bundesliqada cari mövsümdə 15 tura 21 qol vuran ilk futbolçu adına sahib olub.