Sizin reklam burada

Olimpiya çempionu federasiya rəsmisi tərəfindən zorlanıb

Title

Yunanıstanlı yelkənli qayıqçı Sofiya Bekatorou iddialı açıqlama ilə diqqət çəkib.

“Futbol+” xəbər verir ki, idmançı 1998-ci ildə Yunan Yelkən Federasiyasındakı idarəçilərdən biri tərəfindən zorlandığını bildirib.

Hazırda 43 yaşında olan Mədəniyyət və İdman nazirliyinin təşkil etdiyi tədbirdə Sidney Olimpiyadasının hazırlıq zamanı qurum rəsmilərindən biri tərəfindən təcavüzə uğradığını açıqladı. Bundan sonra federasiyanın vitse-prezidenti Aristidis Adamopoulos istifa verdi. Bundan başqa da qurumun idarə heyətinin üzvü Yiannis Papapiditriou da Bekatorouya dəstək olmaq məqsədi ilə vəzifəsindən getdiyini açıqladı.

Yunanıstanın Daxili İşlər Nazirliyi məsələyə müdaxilə edərək araşdırma başladıb. Ölkənin prezidenti Kiriakos Miçotakis rəsmi feysbuk hesabında məsələ ilə bağlı post paylaşıb:

“Millimizin üzvü Sofiya cəsurluq nümayiş etdirdi. Qorxu və səssizlik zəncirini qıraraq günahkarlıq damğasının lazımlı şəxslərə vurulmasına şərait yaratdı”.


Qeyd edək ki, Sofiya Bekatorou 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.