Sizin reklam burada

Torres baş məşqçi oldu

Title
Torres baş məşqçi oldu

İspaniya yığmasının sabiq forvardı Fernando Torres baş məşqçiliyə başlayıb.

“Futbol+” xəbər verir ki, “Atletiko”nun B komandasında çalışacaq. Ötən ilin sentyabrında klubun akademiyasında fəaliyyətə başlayan Torres eyni zamanda “Pro” lisenziyalı məşqçi kursunu da oxuyur.

Komandası bu gün onun rəhbərliyi altında ilk oyununa çıxacaq. Torresin məşqçi kimi ilk sınağı “Poblense”yə qarşı olacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.