
"Fənərbağça" heyətini gücləndirib.
"Futbol+" xəbər verir ki, İstanbul nəhəngi Macarıstan millisinin üzvü Attila Szalaini transfer edib.
Klubun rəsmi saytının məlumatına görə, 22 yaşlı müdafiəçi bu gün sağlamlıq testindən keçərək "sarı-lacivərtlilər"lə müqavilə imzalayıb. Sazişin detalları haqda geniş informasiya verilməyib.
Qeyd edək ki, Szalai son klubu olan "Apollon"da 16 qarşılaşmada meydanda olub. Müdafiəçi bu oyunlarda 2 qol vurub, 1 assist edib.