Futbol üzrə Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko bundan sonra Rusiyada çalışacaq.“Futbol+” xəbər verir ki, təcrübəli mütəxəssis ÇSKA klubunda işləyəcək. O, Moskva təmsilçisində də qapıçılarla iş üzrə məşqçi vəzifəsində çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssis kollektivlə birgə bu gün İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə "hərbçilər"i tərk edib.