Sizin reklam burada

1-ci divizion klublarının istifadə etdikləri taktiki sxemlər

Title
1-ci divizion klublarının istifadə etdikləri taktiki sxemlər

"WhyScout" şirkəti bu tip məlumatların hər zaman qeydiyyatını aparır. Azərbaycan çempionatları da kampaniya üçün maraqlı və vacibdi. Bizim çempionatların xüsusi statiktik informasiyaları şirkətin bazasında olur. Vaxtaşırı bu məlumatları diqqətinizə çatdıracağıq.

Bir çox hallarda KİV oyundan öncə və oyundan sonra (matçı izləmək şansı olmadıqda) komandaların meydanda taktiki düzülüşünü yanlış verir, bu da yazılarda özünü biruzə verir . Görəsən, 1-ci divizionda ən çox hansı sxemdən istifadə edilib.

"WhyScout" bu mövsüm 1-ci divizionda komandaların istifadə etdiyi taktiki sxemləri diqqətinizə çatdırır:

MOİK: 4-4-1-1 (51%)
“Turan-Tovuz”: 4-2-3-1 (86%)
“Kəpəz”: 4-4-2 (35%)
“Qarabağ-2”: 4-4-2 (49%)
“Neftçi-2”: 4-1-4-1 (58%)
“Qaradağ Lökbatan”: 4-2-3-1 (53%)
“Zaqatala”: 4-2-3-1 (70%)
“Sumqayıt-2”: 4-2-3-1 (35%)
“Sabah-2”: 4-1-4-1 (50%)
“Keşlə-2”: 4-2-3-1 (44%)

Şəkildə divizion klublarının ən çox istifadə etdiyi taktiki düzülüş qrafik şəkildə verilib.



Maraqlıdır ki, komandaların bir çoxunda hücumların zonalar üzrə paylanması da qeyri-bərabərdir.

MOİK (36%), “Turan-Tovuz” (38%), “Qarabağ-2” (36%) və “Keşlə-2” (37%) əsasən sağ, “Kəpəz” (36%), “Neftçi-2” (37%), “Qaradağ Lökbatan” (37%), “Zaqatala” (36%) və “Sumqayıt-2” (36%) isə sol cinahdan hücumlar qurur. Hər üç zonadan eyni dərəcədə istifadə edən tək komanda “Sabah-2”dir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.