
“Union Berlin” heyətini yeni futbolçu ilə gücləndirib.
“Futbol+” xəbər verir ki, Bundesliqa təmsilçisi “Bavariya”nın hücumçusu Leon Dayakunu transfer edib.
Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Bavariya” 19 yaşlı hücumçunu birdəfəlik satmaq şərti ilə icarəyə verib
Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan Dayaku bu mövsüm Münhen təmsilçisinin əsas komandasında 1 oyuna çıxıb.