Sizin reklam burada

Mourinyo Beyllə bağlı planından danışdı

Title
Mourinyo Beyllə bağlı planından danışdı

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Qaret Beylin vəziyyəti haqda danışıb.

“Futbol+” xəbər verir ki, portuqaliyalı mütəxəssis İspaniya “Real”ından icarəyə götürülən uelslinin heyətdə saxlanılıb-saxlanılmayacağı ilə bağlı fikirlərə aydınlıq gətirib:

“Beylin gələcəyi haqda danışmamışıq. O, klubumuza zədəli gəldi, ilk ayı buraxdı. Tədricən oyuna alışdırır, Avropa Liqasında forma yığmasına kömək edirik. Amma bu çempionatın qrup mərhələsi səviyyəsinə görə İngiltərə Premyer Liqasından ciddi fərqlənir. Pley-off artıq ayrı mövzudur. Qrupda isə fərqli ritm və intensivlik olur. Bu üzdən Beyl Premyer Liqada çox oynamırdı. Hamı bilir ki, onun “Real”dakı son dövrü yaxşı keçməyib. Gəlin, yavaş-yavaş irəliləyək və ona mütəmadi şans verək ki, öz yaxşı keyfiyyətlərini göstərsin”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.