
Koronavirus pandemiyası futbola daha bir ziyan vurmaq üzrədi.
“Futbol+” xəbər verir ki, Şotlandiya çempionatı xəstəlik səbəbindən dayandırıla bilər.
Artıq ölkənin futbol assosasiyası bununla bağlı klublarla müzakirələrə başlayıb. Premyer-liqa ilə bağlı yekun qərar yanvarın 18-dən sonra verilməlidir.
Qeyd edək ki, 23 turdan sonra “Reyncers” 65 xalla liderdir. 3 oyun az keçirən “Seltik”in 44 xalı var.