Sizin reklam burada

“Barsa” "Real" üçün xüsusi hazırlaşır

Title
“Barsa” "Real" üçün xüsusi hazırlaşır

“Barselona” “Real”la La Liqada yazda keçirəcəyi oyun üçün xüsusi forma dəsti hazırladığını elan edib.

"Futbol+" xəbər verir ki, futbolkada klubun rəngləri (göy və narıncı) ilə yanaşı, Kataloniyanın bayrağında yer alan qırmızı və sarı rənglər də əksini tapacaq. Rəhbərlik bu yolla kluba aidlik hissini, onun dəyərlərini və xarakterik özəlliklərini, eləcə də “Barsa”nın köklərini önə çıxarmağa çalışır.

Yeni formanı komandanın sabiq kapitanı Karles Puyol təqdim edəcək – o, mətbuat ximətinin məlumatında “klubun unikal dəyərlərinin və oyun üslubunun təcəssümü” adlandırılıb.

30-cu tura təsadüf edəcək “El Klasiko” aprelin 11-də Madriddə keçiriləcək. Yani forma isə yanvarın sonunda satışa çıxarılacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.