
“Mançester Yunayted”in futbolçusu Markus Reşford daha bir maraqlı addım atıb.
“Futbol+” xəbər verir ki, ingiltərəli xeyriyyə məqsədi ilə çizgi film səsləndirib. Animasiya uşaqların ac və köməksiz qalmasından bəhs edir.
Hücumçu film haqda danışarkən bunları deyib:
“Ssenarini oxuyanda deyəsən, 10 il əvvəlki özümdən bəhs edirdim. Bu hekayə milyonlarla uşağın reallığıdır”