Sizin reklam burada

Avropanın ən dəyərli futbolçularının adları bəlli oldu

Title
Avropanın ən dəyərli futbolçularının adları bəlli oldu

KPMG audit şirkəti Avropanın ən güclü altı çempionatının qaliblərinin ən baha oyunçularının adını açıqlayıb.

"Futbol+" xəbər verir ki, “Real”ın braziliyalı xavbeki Kazemiro 72,6 milyon avro qiymətlə komanda yoldaşlarını qabaqlayır. Ondan sonra müdafiəçi Rafael Varan (70,2 milyon) və qapıçı Tibo Kurtua (67,9 milyon) gəlir.
“Liverpul”un oyunçularından ən bahası Məhəmməd Salahdı (122,2 milyon avro). 2-ci yerdə Sadio Mane (120 milyon), 3-cü yerdə isə müdafiəçi Trent Aleksander-Arnold (107,1 milyon) qərarlaşıb.

“Yuventus”un ən dəyərli oyunçularının “3-lüy”ü belədi: müdafiəçi Matteys de Liqt (90 milyon), hücumçular Paulo Dibala (65,2 milyon) və Kriştiano Ronaldo (63,2 milyon).

“Bavariya”nın qiymətinə görə ən baha oyunçuları ilə də tanış olun: yarımmüdafiəçi Serj Qnabri (99,8 milyon), müdafiəçi Coşua Kimmix (98,3 milyon), yarımmüdafiəçi Leroy Sane (85,8 milyon). PSJ-nin ən dəyərli oyunçuları hücumçular Kilian Mbappe (200 milyon), Neymar (125 milyon) və müdafiəçi Markinyosdu (59,9 milyon). Nəhayət, “Portu”nun qiymətliləri ilə tanış olaq: müdafiəçi Xesus Korona (28,5 milyon), yarımmüdafiəçilər Mussa Mareqa (15,4 milyon) və Seya Nakadzima (14,3 milyon).

KPMG futbolçuların dəyərini öz metodu ilə müəyyənləşdirib, bütün göstəricilər 2021-ci il yanvarın 1-nə aiddi.

Adı çəkilən audit şirkəti həmçinin qitənin ən güclü 6 liqasının çempionlarının ümumi qiymətini də araşdırıb. Araşdırılan komandalardan ən bahası “Liverpul”du – İngiltərə klubunun oyunçularının ümumi dəyəri 1,094 milyard avrodu. Çempionlar arasında heyətin qiymətinə görə 2-ci yeri “Bavariya” (943,4 milyon), 3-cü yeri isə “Real” (874,2 milyon) tutur. PSJ-nin qiyməti 806,6 milyon, “Yuventus”un qiyməti 734,8 milyon, “Portu”nun qiyməti 214,4 milyon təşkil edib. Bu komandalardan beşinin dəyəri 2020-ci il ərzində aşağı düşüb. Yeganə istisna il ərzində oyunçuları 7 faiz bahalaşan “Bavariya”dı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.