• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Layihə / Manşet

16-01-2021, 15:0

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi.

“Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı həmkarımız, sport24.az saytının baş redaktoru Ceyhun Əliyevdi. Onu da qeyd edək ki, dünən Ceyhun bəy 47 yaşını tamamladı. Əliyev idman jurnalistikasında çalışdığı uzun illər ərzində çox maraqlı hadisələrlə qarşılaşıb ki, onların da bəzilərini bizimlə bölüşdü.

“Amma biri yox, bu erməniyə daha çox bənzəyir”

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Roma”ya qarşı səfər matçına yollanmışdıq. Oyunun başlamasına xeyli vaxt qaldığından fütsəti boşa verməməyi qərara aldıq. Həmkarlarım Elmir Əliyev və Murad Axundovla Vatikana getməyi qərara aldıq. Metroda bir qadın rusca qol-qola oturduğu kişiyə “bax, bu uşaqlar sənin yerlilərinə oxşayırlar. Amma biri yox (Muradı göstərək), bu, erməniyə daha çox bənzəyir” söylədikdə, təbii ki, biz də “haralısız” deyərək, kişiyə müraciət etdik. Azərbaycanlı olması bir qırağa, kişi yerlim çıxdı. Bir göyçaylının digər göyçaylıyla Roma Papasının iqamətgahı yaxınlığında rastlaşması mənim üçün dünyanın son möcüzəsi idi. Gözümə inanmırdım. Doğrudan da, iki göyçaylının Vatikan yaxınlığında qarşılaşması... Sən demə, həmin kişi Rusiyada təhsil alıb və elə ordaca həyatını bu rus qadına bağlayıb. Murada isə hələ də zarafatla “erməni jurnalist” deyərək müraciət edirəm...

“Sizin cütlüklə tennis oynamaq istəyən var”

Bir qrup jurnalistlə klubların Antalyada təşkil olunan təlim-məşq toplanışına yollanmışdıq. Əksər səfərlərdə otaq yoldaşım olan Ruslan Mikayıllı ilə qaldığımız oteldə hamını tennisdə “aşsüzən” edirik. Günlərin bir günü resepşndən zəng gəldi: “Sizin cütlüklə tennis oynamaq istəyən var”. Öz-özümüzə “görəsən, bizə “papaq atmaq” fikirinə düşənlər kimlərdi” deyib, paltarımızı dəyişib aşağı düşdük. Rəqiblərimizin gözlərindən asiyalı olduqları dərhal sezilirdi. Nə isə, bir partiya, iki partiya, üçüncü partiya... Bunlar bizi nə günə salıblar? Otelə yerləşən gündən heç kimə aman verməyən cütlük indi bu iki asiyalının qabağında biabır olur. Rəqiblər də elə bil hər dəfə bizi udduqca həzz alırlar, zalım uşağı az da olsa, “boşalmırlar” ki, biz də and içmək üçün heç olmasa, bir partiya udaq. Ruslanla məni doyunca udandan sonra bizə rus dilində müraciət etdilər. Söhbət əsnasında məlum oldu ki, 10 il şirkətlərinin Bakı ofisində çalışıblar. Özləri də uzun illər pinq-ponqla (Çində stolüstü tennis belə adlanır) məşğul olublar və hətta beynəlxalq yarışlarda iştirak ediblər. Zalımın balaları bizə göz açmağa imakan vermədilər.

“Bununla oynamayın, sovet məktəbinin yetirməsidi”

Antalya səfərlərimin birində qaldığımız oteldə şahmat üzrə gənclər arasında Türkiyənin açıq çempionatı təşkil olunmuşdu. Bir gün axşam saatlarında məşqçilər heyəti yetirmələri üçün məşq keçirdi. İşimi bitirdiyimdən bir xeyli pivə içmişdim. Vəziyyət “düzələndən” sonra yaxınlaşdım bunlara ki, icazə verirsizsə, sizinlə oynayım. Razılaşıb bir cocuğu oturtdular masa arxasına. Bir uşağa baxdım, bir də özümə. Onunla oynamaqdan imtina etdim. “Müəllimlərindən ən güclüsü, bu idman növünü mükəmməl bilən biri ilə oynamaq istəyirəm” deyib, məşqçilərə nəzər saldım. Aralarından biri irəli çıxıb mənimlə üzbəüz oturdu. Bununla 2 partiya blits oynadım və hər ikisində qalib gəldim. Qardaş “sən şahmatcısan” sualını verincə, qayıtdım ki, “nə şahmatçı, mən jurnalistəm”. Ardınca da bir qədər özümüzü tərifləmək, azərbaycanlı qələm əhlinin intellektual səviyyəsinin yüksək olduğunu göstərmək üçün “Azərbaycanda hər bir jurnalist yaxşı şahmat oynayır” dedim. Amma zarafat-fırıldağımın ömrü heç 1 dəqiqə çəkmədi. Bir də hiss etdim ki, kimsə arxadan əlini çiynimə qoydu. Geri çevriləndə uşaqlıq dostum, hazırda isə Türkiyə yığmasında məşqçi kimi çalışan beynəlxalq qrossmeyster Cəmil Ağamalıyevi gördüm. O da gülərək, həmkarlarına “bununla oynamayın, sovet məktəbinin yetirməsidi” dedi. Yarış davam etdiyi müddətdə neçə dəfə oynamaq üçün türk məşqçilərə yaxınlaşsam da, heç biri mənimlə üzbəüz oturmaq istəmədi və hər dəfə “abi, sən Cəmillə oyna” söyləməklə məni yola verdilər...

“Yalansa, Allah belindən çalsın”

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin “Krasnodar”la səfər oyununa yollanmışdıq. Qarşılaşmanın gedişində hakimlər təmsilçimizi yıxıb-sürüyür. Oturduğumuz yer də şərhçi kabinəsinin düz yanındadı. Epizodların birində Dodo təmiz qol vursa da, hakim “ofsayd” deyib qolu qeydə almadı. Hamımız narazılığımızı bildirsək də, həmkarımız Mərdan Həsənov bu haqsızlığa dözməyərək “yalansa, Allah belindən çalsın” deyərək, emosiyalarına sahib ola bilmədi. Rus şərhçi Aleksandr Şmurnov həmkarımızın bu sozünü eşidincə canlı efirdə “azerbaydjanskie jurnalistı neqoduyut, a odin iz nix vzıvaet k Boqu” (azərbaycanlı jurnalistlər aşkar narazıdılar. Onlardan biri isə artıq Allaha müraciət edir) deyərək, gülüşümüzə səbəb oldu.
“Elə bunu ona başa salmışdım ki…”


Xorvatiyadayıq. Millinin səfərinin son günü dükanda əla bir paltonu bəyəndim. Qiyməti 85 avro idi. İngilis dilim də ki, Allah göstərməsin. İki-üç kəlməni zorla bir-birinə calayıb danışıram. Buna danışmaq demək mümkünsə. Paltonun sağına-soluna keçirəm, orasına-burasına baxıram. Astarını çevirirəm, üstünü diqqətlə nəzərdən keçirirəm. Bir sözlə, paltonun başına oyun açmışam. Sonda almaq qərarına gəldim. Azərbaycanlı olasan, alış-veriş zamanı satıcı ilə çənə döyməyəsən. Başladım satıcı ilə qiymət söhbəti etməyə. Ondan yapışmışam ki, endirim elə. O da “nyu model, Portugal” deyərək endirim etməyəcəyini bildirir. Yazıq nə bilir ki, bizdə alver necə olur. Ən azı 1 avro aşağı salmasan, bu alış-verişin ləzzəti olmur. Sınıq-sökük ingilis dilində o qədər danışdım ki, satıcı, nəhayət, bezdi və nə qədər endirim istədiyimi soruşdu. Mən də 5 avro endrim etməsini, 80 avroya paltonu alacağımı söylədim. Elə bunu ona başa salmışdım ki, birdən gördüm zorla paltonu əynimdən çıxarmağa çalışır. Özlüyümdə “bu nə axmaq adamdı. 5 avro nədi ki, ona görə belə qanacaqsızlıq edir” düşünmüşdüm ki, satıcı üzümə tərs-tərs baxaraq rəqəmin birinin bir qədər aşağı düşdüyünü gözümə soxdu. Sən demə, palto 85 yox, 850 avroya imiş. Qiyməti görüncə elə dükanın içində Azərbaycan dilində “zalımın balası, bizdə 850 avroya maşın satırlar e, elə qiymətə də palto olar” deyib, dükandan çıxdım. Xorvat satıcı isə nə dedyimi başa düşmədiyindən arxamca baxa-baxa qaldı.

RƏŞAD

Oxunub: 764
Paylaş:
Digər xəbərlər

Layihə

27-03-2021, 12:0

“Kəpəz”in çalışdırıcısının avtobusda söylədikləri sms ilə radioya göndərilib

Layihə

2-03-2021, 13:0

Ceyhun Rzayev lənkəranlı azarkeşin əlindən necə qurtulub?

Layihə

14-02-2021, 00:0

Xaqani Məmmədov İranda rəqibin şortikini çıxarıb

Layihə / Manşet

25-01-2021, 12:0

YADA DÜŞƏR XATİRƏLƏR - AĞAMUSA BAĞIROV

Layihə

17-11-2020, 14:0

PFL-in sabiq rəsmisi Parisdən ac qayıdıb

Layihə / Manşet / Günün xəbəri

31-01-2021, 15:0

YADA DÜŞƏR XATİRƏLƏR - AZAD MUSTAFAYEV

Aktual
Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA
"Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik" - Çu Çunq-Von
“Səbail” azarkeşləri Tovuz səfərinə gecikdiklərinə görə sevinirlər
Aslan Kərimov: “Qarabağ”ı tərk edirsə, daha yaxşı kluba keçməliydi”
“Zirə” azarkeşləri bunu həmişə edir
Son xəbərlər
  • Bu gün, 17:02
    “Neftçi” “Sabah”a qarşı - YENİLƏNİR
  • Bu gün, 16:51
    “İrəvan”, “Araz” və “Karvan”a kim qoşulacaq?
  • Bu gün, 16:21
    Koman ardıcıl 11 ildi, çempion olur!
  • Bu gün, 15:51
    Messi Ronaldonun rekordunu ələ keçirdi
  • Bu gün, 15:21
    ''İnter''in qələbəsi Türkiyə çempionunun işinə yaradi
  • Bu gün, 14:51
    Kılıçdaroğlu: ''Qalib gəlsəm, oyunlar TRT-də yayımlanacaq''
  • Bu gün, 14:21
    Ronaldo Ərəbistanda ilk mövsümü titulsuz başa vurdu
  • Bu gün, 13:51
    ''Prezident məni yaxın münasibət üçün transfer etmişdi''
  • Bu gün, 13:21
    “Sumqayıt” sabiq qapıçısını qaytarır
  • Bu gün, 12:51
    "Barselona"dan Fati qərarı
  • Bu gün, 12:21
    Rekord ilə premyer-liqaya
  • Bu gün, 11:55
    Messi Alveşə çatdı
  • Bu gün, 11:21
    "Lans" 24 ildən sonra
  • Bu gün, 10:52
    Neveşə iki müştəri
  • Dünən, 23:53
    Sakanın satış qiyməti bəlli deyil
  • Dünən, 23:42
    Salahın aqibəti necə olacaq?
  • Dünən, 23:31
    “Real”ı tərk edəcək
  • Dünən, 23:20
    Para-atletimiz dünya çempionatına lisenziya qazanıb
  • Dünən, 23:09
    "Səbail" "Şamaxı"nı belə məğlub etdi - VİDEO
  • Dünən, 22:58
    "Hamını "Şamaxı"nın premyer-liqada saxlanılması üçün səsləyirəm" - Şahin Diniyev
  • Dünən, 22:47
    Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
  • Dünən, 22:36
    "İstəyərdik ki, çempionatda 12 komanda olsun" - Vüqar Əsgərli
  • Dünən, 22:25
    "Səbail" "Şamaxı"nı birinci diviziona göndərdi
  • Dünən, 22:14
    Ağır atletika üzrə ölkə birincilikləri tarixində yeni rekordlar
  • Dünən, 21:53
    "Bu gün qınanılası bir şey yoxdu" - Samir Abasov
  • Dünən, 21:32
    "Zirə"nin "Sumqayıt" üzərində böyükhesablı qələbəsi - VİDEO
  • Dünən, 21:11
    "Qəbələ" avrokuboklara belə vəsiqə qazandı - VİDEO
  • Dünən, 20:50
    "İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdı" - Elmar Baxşıyev
  • Dünən, 20:29
    "Şamaxı" əsas qapıçısını itirdi - FOTO
  • Dünən, 20:18
    "Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu" - Rəşad Sadıqov
  • Dünən, 19:57
    "Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik" - Tərlan Əhmədov
  • Dünən, 19:36
    Konfrans Liqasına son vəsiqəni "Qəbələ" qazandı
  • Dünən, 19:05
    Misli premyer-liqasında 36-cı turun son iki oyununun təyinatları
  • Dünən, 18:54
    “Səbail” – “Şamaxı” oyununun heyətləri
  • Dünən, 18:33
    Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA
Daha çox
Oxunub: 2 835
Şeydayev nə üçün "Qarabağ"dan ayrılmaq eşqinə düşüb?
Oxunub: 2 350
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 030
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 482
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 966
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 557
“Mən olduğum masada heç bir futbolçu milli ilə bağlı pul söhbəti edə bilməz!”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə