Sizin reklam burada

“Sumqayıt” “Qəbələ” ilə “sülh bağladı”

Title
“Sumqayıt” “Qəbələ” ilə “sülh bağladı”

Mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Sumqayıt” dünən “Kapital Bank Arena”da “Qəbələ” ilə yoxlama oyunu keçirdi.

Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun start “11-liy”i belə idi: Mehdi Cənnətov, Vurğun Hüseynov, Höccət Haqverdi, Camaləddin Xocaniyazov, Vüqar Mustafayev, Tellur Mütəllimov, Əli Qurbani, Murad Xaçayev, Cabir Əmirli, Cavid İmamverdiyev, Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: Aydın Bayramov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi, Eltun Turabov, Elvin Bədəlov, Rəhim Sadıxov, Dmitri Nağıyev, Elvin Məmmədov, Nicat Əliyev, Sənan Ağayev.

Elmar Baxşıyev isə ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaratmışdı: Tərlan Əhmədli, Cavid Hüseynov, Murad Musayev, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Roman Hüseynov, İdris İnqilablı, Nikolas Raysel, Stefan Vukçeviç, Vinko Medimoreç, Yaovi Akakpo.

Ehtiyat oyunçular: Anar Nəzirov, Faiq Hacıyev, Sadiq Quliyev, Rüfət Əhmədov, Asif Məmmədov, Yurgen Qoxa, Rafael Utriq, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Merab Qiqauri, Ceyms Adeniyi.

Hər iki qol ilk yarıya təsadüf etdi. Hissənin ortalarında meydan sahibləri hesabda önə keçdi. Murad Xaçayev təxminən 23 metrdən qüvvətli zərbə ilə Tərlanı topu tordan çıxarmağa məcbur etdi. Fasilə ərəfəsində Nikolas Raysel “qırmızı-qaralar”ın bərabərlik qoluna imza atdı.

Fasilədən sonra hər iki baş məşqçi çoxsaylı əvəzetmələrlə sərəncamında olan bütün oyunçulara forma geymək şansı yaratdı. Ayxan bəy qapıçını belə dəyişsə də, Baxşıyev Tərlana 90 dəqiqə güvəndi. Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komanda rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağı bacarsa da, hesab dəyişmədi – 1:1.

Yeri gəlmişkən, matçı izləyənlər arasında yığmanın məşqçiləri də var idi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.