“Transfermarkt” portalı İspaniya La Liqasının ən dəyərli futbolçularının rəmzi heyətini açıqlayıb."Futbol+" xəbər verir ki, İspaniya çempionatının ən bahalı futbolçusu “Atletiko”da oynayan Joao Felişdi. Portuqaliyalı hücumçunun qiyməti 100 milyon avro dəyərləndirilir.
Qapıçı: Yan Oblak – 90 milyon avro (Atletiko).
Müdafiəçilər: Rafael Varan – 70 (Real), Xose Ximenes – 65 (Atletiko), Pau Torres – 50 (Vilyarreal).
Yarımmüdafiəçilər: Federiko Valverde – 70, Kazemiro – 70 (hər ikisi “Real”), Saul Nyiqes – 60, Koke – 60 (hər ikisi “Atletiko”).
Hücumçular: Lionel Messi – 80, Ansu Fati – 80 (hər ikisi “Barselona”), Joao Feliş – 100 (Atletiko).