Tarakanov Türkiyədəki hazırlıqdan məmnundu

Yunan-Roma güləşi yığmamız İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində hazırlığı davam etdirir.

Vaxtilə Türkiyədə çalışan yığmanın baş məşqçisi Aleksandr Tarakanov “Anadolu” agentliyinə açıqlamasında yaradılan şəraitdən mənunluğunu ifadə edib:

“Güclü komanda olan Türkiyə ilə birgə təlim-məşq toplanışı keçirik. Bundan çox məmnunuq. Türkiyə millisinin çox yaxşı güləşçiləri var. Onlarla məşqlərdə çatışmazlıqları və səhvləri görürük. Türkiyə ilə Azərbaycan dost və qardaş ölkələrdi. İki qardaş dövlətin milliləri birlikdə hazırlıq keçir. Burda özümüzü əcnəbi kimi hiss etmirik. Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz. Əl-ələ verib uğurlu nəticələrə çalışacağıq. Federasiyamıza minnətdarlığımızı bildirirəm. Yaxşı şərait yaradıblar. Qardaş ölkədə hazırlaşmağımıza dəstək verdilər. Avropa və dünya çempionatlarından öncə də Türkiyə yığması ilə birlikdə çalışmaq istəyirik. Bizə yaradılan şəraitə görə Türkiyə Güləş Federasiyasına da təşəkkür edirəm”.


Tarakanov koronavirus pandemiyası üzündən bu il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında hədəflərinin ən azı bir qızıl medal olduğunu deyib:

“Yunan-Roma güləşində 6 çəkidə mübarizə baş tutacaq. Olimpiadaya qatılan idmançıların hamısı medal qazanmaq istəyir. Bütün çəkilərdə təmsil olunmaq istəyirik. Əlbəttə, bir yığmanın 6 çəkinin hamısında güləşçisinin olması çox çətindi. Lakin təsadüfən ola bilər. Qarşıdakı turnirlərdə idmançılarımızın durumuna baxacağıq. Olimpiadada bütün çəkilərdə təmsil olunmaq əla olardı. Ancaq bizim üçün önəmli olan 1 qızıl medal qazanmaqdı. Həmin “qızıl” üçün çox çalışacağıq”.


Türkiyə yığması ilə hazırlıq prosesi yanvarın 16-da başa çatacaq. Komandamız toplanışdan sonra Fransanın Nitsa şəhərində keçiriləcək Henri Deqlan "Qran-pri"sinə qatılacaq.

Son xəbərlər

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Bütün xəbərlər